Danimarkada tarixi birja binası yandı - FOTO

15:13 - 16 Aprel 2024

Danimarkada tarixi birja binası yandı - FOTO

Danimarkanın paytaxtı Kopenhagendə 17-ci əsrə aid tarixi birja binası bu gün səhər saatlarında naməlum səbəbdən alovlanıb. və alovla mübarizəni davam etdirirlər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə yerinə çoxlu yanğınsöndürənlər göndərilib.

Yanğında alovla əhatə olunan binanın rəmzi qülləsi məhv olub. Binadakı insanlar yanğından xilas olmağa çalışarkən içəridəki bəzi tarixi rəsmləri də çıxarıblar. Danimarka mətbuatı yanğın səbəbindən binanın yaxınlığındakı meydanın da boşaldıldığını yazıb.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az