La-Manş kanalında 5 miqrant həyatını itirdi

14:54 - 23 Aprel 2024

La-Manş kanalında 5 miqrant həyatını itirdi

La-Manş boğazını keçməyə çalışan 112 nəfərlik qayıqda olan 5 immiqrant həyatını itirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Fransa sahil təhlükəsizliyi xidməti məlumat verib.

Ölümlərin meydana gələn izdiham sırasında baş verdiyi bildirilib.

47 nəfərin xilas edildiyi, 50 nəfərin isə yola davam etmək istədiyi qeyd olunub.

Hadisə Britaniya hökumətinin qaçqınlarla bağlı mübahisəli qanunu qəbul etməsindən bir gün sonra baş verib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az