Gürcüstanda aksiyalar zamanı 63 nəfər saxlanıldı

13:18 - 01 May 2024

Gürcüstanda aksiyalar zamanı 63 nəfər saxlanıldı

Ötən gün Gürcüstanın paytaxtı Tbilisidə “xarici agentlər qanunu”na qarşı keçirilən etiraz aksiyalarında 63 nəfər saxlanılıb və 6 polis əməkdaşının yaralandığı bildirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.

Gürcüstanın təhlükəsizlik qüvvələri dünən axşam saatlarında su təzyiqli, gözyaşardıcı qaz və səs-küylü qumbaralardan istifadə etməklə parlament qarşısında etirazçıları dağıtmağa çalışıb.

Qeyd edək ki, xarici agent qanunu müxalifət və Qərb ölkələri tərəfindən avtoritar və Rusiyadan ruhlanan qanun kimi qəbul edilir.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az