ABŞ-ın Luiziana ştatında hakim Uilyam Dayks verdiyi qərarla ölkə tarixində ilkə imza atıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 14 yaşlı qızı zorlamaqda şübhəli bilinərək həbs edilən 54 yaşlı Qlenn Sallivanın məhkəmədə ittihamları qəbul etməsindən sonra o, 50 il həbs cəzasına məhkum edilib və fiziki olaraq kastrasiya ediləcəyi bildirilib.
ABŞ mətbuatında dərc olunan xəbərlərdə ölkədə daha əvvəl 2 nəfərin kimyəvi kastrasiyaya məhkum edildiyi və bu kastrasiyanın fiziki olduğu üçün bir ilk olduğu qeyd edilib.
Bildirək ki, Sallivan 2022-ci ilin aprelində həbs olunub. Dedektivlər Sallivanın kiçik qızı hadisə barəsində heç kimə danışmaması üçün təhdid etdiyini üzə çıxarıblar.
Əfsanə Rəcəb
Manşet.az