Sağlam ürəyin sirri: 6 saat otur, 5 saat ayaq üstə dur

13:15 - 02 May 2024

Sağlam ürəyin sirri: 6 saat otur, 5 saat ayaq üstə dur

Avstraliyanın Melburn Svinburn Texnologiya Universitetinin tədqiqatçıları sağlam həyat üçün gündəlik fiziki aktivliyi hesablayıblar.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, orta yaşı 60 olan 2300 nəfərin sağlamlıq məlumatları araşdırılıb.

Müvafiq olaraq, gündə 6 saat oturmaq, 5 saat 10 dəqiqə ayaq üstə durmaq, 2 saat 10 dəqiqə orta dərəcədə fiziki məşq etmək, 2 saat 10 dəqiqə yüngül fiziki məşq etmək, 8 saat 20 dəqiqə yatmaq lazımdır.

Onlar bildiriblər ki, bu həyat tərzi ürəyi qoruyur, çəki artımının qarşısını alır, 2-ci tip diabet, xərçəng və erkən ölüm riskini azaldır. Mütəxəssislər vurğulayıblar ki, hətta ayaq üstə durmağın belə yüngül fiziki fəaliyyətə bənzər təsiri var.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az