Nigeriyada son 4 ayda 156 nəfərin Lassa qızdırması səbəbindən öldüyü bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamasında, yanvar - aprel ayları arasında Lassa qızdırması epidemiyasının paytaxt Abuca ilə yanaşı 28 ştata da yayıldığı bildirilib.
Açıqlamada qeyd olunub ki, bu müddət ərzində 857 nəfərdə Lassa qızdırması aşkarlanıb, epidemiya səbəbindən 156 nəfər ölüb.
Qeyd olunub ki, xəstəlik siçan nəcisi ilə insandan insana keçə və ölümcül qanamalı qızdırmaya səbəb ola bilər.
Əfsanə Rəcəb
Manşet.az