Varşavada böyük ticarət mərkəzində yanğın olub.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, ticarət mərkəzi demək olar tam yanıb.
Marıvilsk küçəsindəki ticarət mərkəzində yanğının söndürülməsinə bir neçə yanğınsöndürən dəstəsi və kimyəvi-ekoloji qrup cəlb olunub. Yanğının lokallaşdırılması bir neçə saat davam edib.
Yanğının səbəbi və xəsarət alanlar barədə hələ məlumat verilməyib.