Belqorodda yenidən raket təhlükəsi elan edildi

21:46 - 12 May 2024

Belqorodda yenidən raket təhlükəsi elan edildi

Belqorod şəhərində və Belqorod vilayətində raket xəbərdarlığı sirenası işə salınıb.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında məlumat verib .

“Evdəsinizsə, pəncərələrə yaxınlaşmayın. Möhkəm divarları olan pəncərələri olmayan otaqlara sığının (koridor, hamam, tualet). Küçədəsinizsə, sığınacaq və ya başqa təhlükəsiz yerə gedin”, - qubernator yazıb.

Qladkov bildirib ki, siren işə salındıqdan sonra şəhərdə bir neçə partlayış səsi eşidilib.

Xatırladaq ki, mayın 12-də Belqorodda yaşayış binasının girişi Ukraynadan atılan mərminin düşməsi nəticəsində 1-ci mərtəbədən 10-cu mərtəbəyə qədər uçub. Girişdə 40 mənzil olub. Binanın qalan hissəsinin dağılma təhlükəsi hələ də qalmaqdadır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az