Kreml Sergey Lavrovla bağlı hansı qərarı verib?

23:35 - 12 May 2024

Kreml Sergey Lavrovla bağlı hansı qərarı verib?

Rusiya Prezidenti Vladimir Putin Sergey Lavrovun yenidən ölkənin xarici işlər naziri təyin edilməsini təklif edib.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının "Teleqram" kanalında deyilir .

Rusiya lideri xarici siyasət idarəsinin rəhbəri vəzifəsinə namizədliyini baxılması üçün Federasiya Şurasına təqdim edib.

Federasiya Şurası təqdim edilmiş namizədliyə baxılmasının nəticələri barədə bir həftədən gec olmayaraq Putinə məlumat verməlidir. Bundan sonra prezident XİN rəhbərinin təyin edilməsi haqqında sərəncam imzalaya biləcək.

Lavrov bir müddət əvvəl Rusiyanın ehtiyacı olduğu müddətdə ona xidmət edəcəyini bildirmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az