İsrail qüvvələri Qəzzanın şimalındakı Cibaliye Qaçqınlar Düşərgəsinə basqın edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Cibaliyedə İsrail əsgərləri ilə fələstinli qruplar arasında şiddətli toqquşmalarbaş verib.
İsrail təyyarələrinin qaçqın düşərgəsinin ikinci və dördüncü bloklarını bombaladığı da bildirilib.
Hücumların çoxlu insan itkisinə səbəb olduğu qeyd edilib, lakin dəqiq sayı açıqlanmayıb.
İsrail qüvvələrinin də yaralılara çatmağa çalışan təcili yardım maşınlarına atəş açdığı bildirilib.
Əfsanə Rəcəb
Manşet.az