Türkiyədə İstanbul Hava Limanında tibbdə istifadə olunduğu təsbit edilən əqrəb, tarantula və hörümçək kimi müxtəlif heyvanların 1500 endemik növü və 88 şüşə maye ələ keçirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, əqrəb zəhərindən əldə edilən dərmanın litrinin qiymətinin 10 milyon dollar olduğu müəyyən edilib.
İstanbul Təhlükəsizlik Müdirliyi Qaçaqmalçılıqla Mübarizə Şöbə Müdirliyi qrupları apardıqları araşdırmalarda Türkiyədə tapılan və xaricə aparılması qadağan edilən bəzi endemik zəhərli heyvanların DNT məlumatlarının kopyalandığını və zəhərlərinin sağılaraq toplandığı və dərman hazırlanmasında istifadə edildiyini müəyyən edib.
Şübhəlinin çamadanında 58 torba və 88 şüşə maye maddə olan əqrəb, tarantula və hörümçək kimi təxminən 1500 zəhərli heyvan ələ keçirib.
Nəzarətə alınan şübhəlinin barəsində polis bölməsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Əfsanə Rəcəb
Manşet.az