İndoneziyanın Şimali Maluku əyalətindəki Halmahera adasındakı İbu vulkanı yerli vaxtla saat 09.12-də püskürüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 1325 metr yüksəklikdəki İbu vulkanının püskürdüyü vulkanik külün zirvədən təxminən 5 kilometr hündürlüyə çatdığını və partlayışın 5 dəqiqə 6 saniyə davam etdiyini qeyd edib.
Bölgəyə təsir edən külün təsirini azaltmaq üçün açıq havada insanlara maska və eynək taxmağı tövsiyə edilib.
Həmçinin, rəsmilər vulkanın ətrafında yaşayanlara dağa 3 kilometrdən çox yaxınlaşmamaları barədə xəbərdarlıq edib.
Qeyd edək ki, "Sakit okean od halqası" zəlzələ və vulkan qurşağında olan İndoneziyada təxminən 130 aktiv vulkan var.
Əfsanə Rəcəb
Manşet.az