Ərdoğan Mitsotakislə görüşdü

17:30 - 13 May 2024

Ərdoğan Mitsotakislə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkədə səfərdə olan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında görüş başlayıb. 

 

Manset.az“Qafqazinfo”ya istinadən xəbər verir ki, görüşdən sonra Ərdoğanla Mitsotakis birgə mətbuat konfransı keçirəcəklər.

Tərəflərin görüş zamanı iki ölkə arasında münasibətlər, Türkiyə ilə Yunanıstan arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair atılacaq addımları müzakirə edəcəyi bildirilir. 

Bununla yanaşı, cari regional və beynəlxalq məsələlər barəsində fikir mübadiləsinin də aparılacağı gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az