Şimali Koreya lideri Kim Çen In silah zavodlarına baxış keçirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, lider snayper tüfəngi ilə etdiyi sınaq atəşində hədəfi 12-dən vurub.
Kim, həmçinin, 240 mm-lik çoxlu reaktiv yaylım atəşi sistemlərini araşdırıb və raket buraxılış qurğusu ilə təchiz edilmiş hərbi yük maşınından istifadə edib.
Ölkənin müdafiə sənayesi təşkilatlarına və Koreya Xalq Ordusuna (KPA) sursat istehsalında “bir olmaq” və müharibə hazırlıqlarını sürətləndirmək göstərişi verən Kim, kritik avadanlıqların müasir və sürətli istehsalının vacibliyini vurğulayıb.
Əfsanə
Manşet.az