Məşhur filmi təqlid edən pilot səhvinin bədəlini həyatı ilə ödədi - FOTO

10:07 - 14 May 2024

Məşhur filmi təqlid edən pilot səhvinin bədəlini həyatı ilə ödədi - FOTO

Banqladeşdə "Top Gun" filmindən ilhamlanaraq təşkil olunan nümayiş zamanı Yakovlev Yak-130 tipli döyüş təyyarəsi aşağı hündürlükdə üç dəfə yuvarlanaraq uçuş-enmə zolağına düşüb və sürükləndikdən sonra alovlanıb.  

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, pilotlar Muhammed Asim Cavad və köməkçi pilot kapitan Sohan Hasan Han alovlar içində qalan təyyarənin ejektor oturacağı ilə birlikdə təyyarədən atılıblar.

Pilotlardan biri aparıldığı xəstəxanada dünyasını dəyişib, digərinin vəziyyətinin ağır olduğu bildirilib. Qəza anı kameralara düşüb.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az