Ukrayna prezidenti Vladimir Zelenskinin son günlər Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumlarının artması səbəbindən İspaniya və Portuqaliyaya səfərlərini ləğv edib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya Kral Sarayı Zelenski ilə Kral VI Felipe arasında mayın 17-də keçirilməsi planlaşdırılan görüşün ləğv edildiyini açıqlayıb.
Zelenskinin Madriddə İspaniya kralı VI Felipe və baş nazir Pedro Sançes ilə görüşləri, təhlükəsizlik və müdafiə sahələrində ikitərəfli əməkdaşlıq sazişi imzalaması gözlənilirdi.
Ukrayna prezidentinin də İspaniyadan sonra Portuqaliyaya getməsi nəzərdə tutulurdu.
Diplomatik mənbələr Rusiyanın Xarkova hücumlarının artması səbəbindən Zelenskinin bu iki ölkəyə səfərini təxirə salmalı olduğunu bildirib.
Jalə
Manşet.az