Bu ölkədə peyvənd olunmayanlar gecə çölə çıxa bilməyəcək

20:49 - 21 Oktyabr 2021

Bu ölkədə peyvənd olunmayanlar gecə çölə çıxa bilməyəcək

Rumıniyada koronavirusa yoluxma hallarının artması səbəbindən gələn həftədən etibarən məhdudiyyətlər sərtləşdiriləcək.

Manşet.az "romaniajournal"a istinadla xəbər verir ki, bu barədə Rumıniya prezidenti Klaus Yohannis deyib.

O bildirib ki, maska taxmaq təkcə qapalı məkanlarda yox, açıq havada da məcburi olacaq:

“Tələbələr iki həftəlik tətilə buraxılacaq. Peyvənd olunmamış vətəndaşlarla bağlı da sərt tədbirlər görüləcək. Onlara gecə çölə çıxmaq qadağan olunacaq. Gün ərzində əksər tədbirlərə yalnız yaşıl sertifikatı (peyvəndolunma, immunitet) olanlar buraxılacaq”.

O vurğulayıb ki, pandemiyanı dayandırmağın tək həll yolu vaksinasiyadır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az