Türkiyədə İŞİD terror təşkilatına qarşı növbəti dəfə əməliyyat keçirilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İzmirdə həyata keçirilən əməliyyat zamanı 20 nəfər saxlanılıb.
İzmir Respublika Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar çərçivəsində Menemen rayonunda müəyyən edilən ünvanlarda eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat zamanı saxlanılan şəxslərdən silahlar, təşkilati sənədlər və çoxlu sayda rəqəmsal materiallar ələ keçirilib.
Polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilən 20 şübhəli hakimlik tərəfindən həbs edilib.
Jalə
Manşet.az