Ermənistanın iki vilayətində baş verən daşqınlarda ölənlərin sayı üç nəfərə çatıb.
Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Armenia" nəşri yazıb.
Bildirilib ki, Tavuş rayonunun Ptqavan kəndində 76 yaşlı Haxtanak kənd sakini Avaq Avaqyanın meyiti çaydan çıxarılıb.