Son həftələrdə Fransa mediası “Qonşu haqqı” olaraq xarakterizə edilən müəllif hüquqları ilə bağlı X sosial media platformasını məhkəməyə verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, platformanın dərc etdiyi məzmundan pay almaq üçün hüquqi mübarizənin ilk mərhələsində qalib gələn Fransa mediası indi xəbər başına qazanılan pulu öyrənəcək.
Le Monde, Le Figaro və AFP kimi onlarla media orqanı məhkəməyə müraciət edərək sosial media platformasından onun məzmunundan nə qədər pul qazandığı barədə ətraflı məlumat verməsini xahiş edib.
Keçirilən iclasda məhkəmə X sosial media platformasında istifadə etdiyi xəbərlərə klik, retvit, bəyənmə və paylaşma sayı ilə bağlı məlumatları iki ay ərzində təqdim etməsinə qərar verib.
Məhkəmə həmçinin X-dən Fransada bu məzmunlardan əldə etdiyi gəlirlər barədə mediaya məlumat verməsini, həmçinin alqoritmlərinin onu media məzmununu dərc etməyə necə apardığını izah etməsini istəyib.
Qərarda qeyd edilib ki, məxfi qalmalı olan bu məlumat “qonşu hüquqlar” qanununa əsasən medianın məzmununun dərci üçün ödənilməli hesab edilən məbləğin “şəffaf qiymətləndirilməsi” üçün zəruridir.
Əfsanə
Manşet.az