İsrail iyunun 1-dən etibarən İspaniyanın İordan çayının qərb sahilində fələstinlilərə konsulluq xidmətlərini dayandıracaq.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrailin xarici işlər naziri Yisrael Katz bu gün səhər sosial media hesabında yazıb.
İspan liderlərinin “terroru mükafatlandırdığını” iddia edən Katz, antisemitizm olaraq xarakterizə etdiyi “Dənizdən çaya azad Fələstin” şüarını müdafiə etmələrinə səssiz qalmayacaqlarını bildirib:
“İspaniyanın Qüdsdəki konsulluğuna Fələstin Muxtariyyətinin sakinlərinə konsulluq fəaliyyətini və ya xidmət göstərməsini qadağan edən diplomatik nota göndərməyi tapşırdım".
"HƏMAS-ı və Fələstin terror dövlətinin qurulmasını mükafatlandıranlar fələstinlilərlə əlaqə saxlaya bilməzlər. İnkvizisiya günləri arxada qaldı. Bu gün yəhudi xalqının suveren və müstəqil dövləti var və heç kim bizi dinimizi dəyişməyə məcbur edə və ya varlığımıza zərər verə bilməz”.
İspaniya ötən həftə Norveç və İrlandiya ilə birlikdə Fələstin dövlətini tanıyacağını açıqlamışdı. İspaniyanın solçu hökuməti oktyabrın 7-dən İsrailin Qəzzaya hücumlarına qarşı açıq mövqe nümayiş etdirir.
Əfsanə Rəcəb
Manşet.az