2023-cü ildə dünyada 302 milyon uşaq onlayn cinsi zorakılığın qurbanı olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Edinburq Universiteti uşaq istismarının yayılmasını göstərmək məqsədi ilə "Uşaq işığı" təşəbbüsü çərçivəsində "İşığa doğru" adlı hesabatda dərc edib.
Hesabatda dünyada uşaqların yüzdə 12,6-sının uşaq istismarının qurbanı olduğu müəyyən edilib. Hesabatda bu nisbətin 302 milyon uşağa uyğun gəldiyini bildirən tədqiqatçılar, ABŞ-ın bu baxımdan xüsusilə yüksək riskli bölgə olduğunu qeyd ediblər.
Əfsanə Rəcəb
Manşet.az