Möcüzə dönüş: “İllər sonra oyandı”

17:16 - 27 May 2024

Möcüzə dönüş: “İllər sonra oyandı”

2019-cu ildə İraqın şimalındakı Kərkük şəhərində baş verən yol qəzası nəticəsində komaya düşən 28 yaşlı Herdan Muhammed düz 5 il sonra komadan ayılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu möcüzəvi hadisə Kərkük İl Sağlamlıq Müdirliyi tərəfindən edilən yazılı açıqlamada bildirlib.

Kərkük İl Sağlamlıq Müdirliyi verdiyi açıqlamada Herdan Muhammedin 2019-cu ildə baş verən yol qəzasında ağır yaralandığını və xəstəxanaya yerləşdirildiyini deyib.

5 illik komadan sonra bu gün yuxudan oyandığı bildirilən Məhəmmədin tam yaddaşa malik olduğu açıqlanıb.

Səlahiyyətlilər belə halların son dərəcə nadir olduğunu vurğulayıblar.

Herdan Muhammedin komadan oyanması ailəsi və səhiyyə işçiləri tərəfindən böyük sevinclə qarşılanıb. Məhəmmədin müalicə prosesini yaxından izləyən həkimlər gəncin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması üçün çox səy göstərdiklərini və bu nəticənin onları çox sevindirdiyini bildiriblər.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az