Vatikan Papanın "homofobik" ifadələrinə görə üzr istədi

11:08 - 29 May 2024

Vatikan Papanın \"homofobik\" ifadələrinə görə üzr istədi

Vatikan, Katolik Kilsəsinin lideri Papa Fransiskin keçən həftə yepiskoplarla müzakirə zamanı homoseksualların seminariyalara qəbulu məsələsini müzakirə edərkən işlətdiyi “homofobik” ifadələrə görə üzr istəyib.

 

Manset.az-ın xarici mediaya istinadən xəbər verir ki, Papa homoseksualların seminariyalara qəbuluna qarşı çıxarkən “təhqiredici” ifadə işlədib.

Papanın çıxışı İtaliya mediasına sızdırılıb və hadisənin böyük müzakirələrə çsəbəb olub.

Vatikan mətbuat ofisindən verilən açıqlamada bu ifadələrdən istifadə edilib:

"Papa heç vaxt kimisə incitmək və ya homofob ifadələrlə özünü ifadə etmək niyyətində olmayıb".

Vatikan sözügedən görüşün bağlı qapılar arxasında keçirildiyini də vurğulayıb. Açıqlamada Papanın mətbuatda əksini tapan ifadələr səbəbi ilə "incidənlərdən üzr istədiyi"ni bildirib.

Papa Fransisk bu vəzifəyə seçildikdən sonra verdiyi açıqlamalarda LGBT katoliklərinin istisna edilməməsi ilə bağlı mesajlar verib.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az