Günəşdə ən güclü partlayış olub - Əhaliyə XƏBƏRDARLIQ

10:57 - 01 İyun 2024

Günəşdə ən güclü partlayış olub - Əhaliyə XƏBƏRDARLIQ

Bu gün Günəşdə yeni, ən güclü X sinifli partlayış baş verib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu (IPG) məlumat yayıb.

Məlumata görə, Günəşdəki partlayış təqribən 17 dəqiqə davam edib. 

Bu sinfə aid əvvəlki alışma X1.4/2B mayın 29-da baş verib və 87 dəqiqə davam edib. Günəş alovları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.

Mayın 5-də elm adamları Günəşdə ən yüksək dərəcəli X-in növbəti alışmasını qeydə alıblar. Bu, Yer üzündə monitorinq şkalası üzrə “güclü” G3 səviyyəli maqnit qasırğasına səbəb olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az