Hizbullah hücuma keçdi - Yaralılar var

23:00 - 02 İyun 2024

Hizbullah hücuma keçdi - Yaralılar var

Hizbullah silahlı birləşmələri İsrailin Yuxarı Qalileydəki yaşayış məntəqələrinə raket zərbələri endirib.

 

Manset.az  xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, onlar İsrailin şimalındakı sərhəd bölgələrinə azı 50 mərmi atıb:

“Zərbələr Kiryat Şmona, Marqaliot və Metula şəhərlərində qeydə alınıb. İki israilli qəlpələrdən yaralanıb”.

Qeyd edək ki, daha əvvəl Livanın cənubundan atılan 4 kamikadze PUA-sı İsrailin Dəmir Qübbə müdafiə sistemi tərəfindən məhv edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az