Antalyada meşə yanğınlarında günhalandırılan 7 Rusiya vətəndaşı həbs edilib.
Manşet.az ölkə.az-aistinadən xəbər verir ki, hadisə ötən şənbə günü Antalyanın Konyatlı rayonunda baş verib.
Belə ki, rusiyalı turistlər “Likiya cığırı” ilə hərəkət edərkən ocaq qalayıblar və bu, yanğına səbəb olub. Yanğının söndürülüməsinə təyyarə, 3 vertolyot və 5 yanğınsöndürən maşın cəlb olunub.
Saxlanılanlarla rusiyalı diplomatlar görüşüb və onlaırn vəziyyəti ilə tanış olublar.
Həbs olunanlar barəsində ittiham işi açılıb və məsələ hüquqi müstəvidə araşdırılır. Onlar məhkəmə prosesi bitənədək həbsdə qalmalı olacaqlar.