Dünyada vəba xəstəliyinə yoluxma halları artdı - ÜST

15:07 - 20 İyun 2024

Dünyada vəba xəstəliyinə yoluxma halları artdı - ÜST

May ayında qlobal vəba xəstəliyinə yoluxma nisbəti 58% artıb.
 

Manset.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, may ayında 19 ölkədən 46 424 vəbaya yoluxma faktı qeydə alınıb. Aprel ayı ilə müqayisədə may ayında xəstəliyə 58% daha çox yoluxma halı aşkar edilib.

Qeyd edilir ki, Şərqi Aralıq dənizində xüsusilə yüksək yoluxma halı müşahidə olunub. Əfqanıstan və Pakistanda 13 mindən çox yeni hadisə qeydə alınıb. 2023-cü ilin yanvarında ÜST qlobal vəba vəziyyətini “üçüncü dərəcəli fövqəladə vəziyyət” kimi təsvir edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az