Almaniya “KINDS” silah şirkətindən 2,93 milyard avro dəyərində 105 “Leopard A8” tankı sifariş etməyi planlaşdırır.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Məlumata görə, layihənin parlamentin təsdiqinə ehtiyacı var.
Sifariş olunan texnikanın bir hissəsi NATO-nun Litvada yaradılan alman döyüş briqadasına göndəriləcək.