Rusiyada xərçəng əleyhinə peyvəndin kliniki sınaqlarına başlanılacaq

17:54 - 22 İyun 2024

Rusiyada xərçəng əleyhinə peyvəndin kliniki sınaqlarına başlanılacaq

Rusiyada 2025-ci ildə könüllülər üzərində xərçəngə qarşı vaksinlərlə klini sınaqlarına başlanılacaq.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qamaley adına Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Ginzburq bildirib.

Onun sözlərinə görə, xərçəng xəstələrinin iştirakı ilə xərçəng vaksininin kliniki sınaqlarına 2025-ci ilin ortalarına kimi başlamaq planlaşdırılır. "Düşünürəm ki, gələn ilin ortalarında xərçəng xəstələrinin iştirakı ilə peyvəndin kliniki sınaqlarına başlayacağıq”, - deyə Ginzburq bildirib.

O qeyd edib ki, peyvənd hazırda siçanlar üzərində preklinik tədqiqatlarda sınaqdan keçirilir, melanomalı heyvanların ömrünü nəinki 2-3 dəfə uzatmaq, həm şişin, həm də metastazların məhvinə zəmanət verən dərmanların yaradılması texnologiyası hazırlanır.

Ginzburqun sözlərinə görə, əgər bu texnologiya hazırlana bilsə, peyvənd kiçik hüceyrəli olmayan ağciyər xərçəngi, mədəaltı vəzi xərçəngi, böyrək xərçənginin müəyyən növləri və melanoma olan xəstələrə kömək edəcək.

"Üstəlik, bu xəstəliklərlə metastazlar artıq erkən mərhələdə görünür, buna görə də bu peyvənd bu xəstələr üçün çox aktual olacaq", deyə mütəxəssis yekunlaşdırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az