Türkiyədə bu gün koronavirusdan 210 nəfər öldü

21:19 - 27 Oktyabr 2021

Türkiyədə bu gün koronavirusdan 210 nəfər öldü

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 210 nəfər ölüb.

Manşet.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 355 947 nəfər test edilib, onların 26 896-nın koronavirus testi pozitiv nəticə verib, 30 542 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 115 861 861 peyvənd tətbiq edilib ki, bunun 89,09 faizi birinci, 78,01 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az