Fransada parlament seçkilərinin ikinci turunda ilkin nəticələr açıqlanıb.
Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Francepress” məlumat yayıb.
Qeyd olunub ki, hələlik nəticələr sürətlə dəyişir. Heç bir alyans mütləq səs çoxluğunu qazana bilməyib.
Ekzit-polun ilkin nəticələrinə əsasən, sol ittifaq hələlik liderdir.
Makron alyansı isə ikinci pillədədir.
Açılan sandıq hesablamalarına görə, birinci raundda qalib gələn ifrat sağçılar isə üçüncü yerə düşüb.