Fransa baş naziri istefa verdi

09:23 - 08 İyul 2024

Fransa baş naziri istefa verdi

Fransanın Baş naziri Qabriel Attal iyulun 8-də istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edəcəyini bildirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri o, növbədənkənar parlament seçkilərinin ilkin qeyri-rəsmi nəticələri yayıldıqdan sonra deyib.

“Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm”, - deyə Attal qeyd edib.

Qeyd edək ki, ilkin məlumata görə, Makronun koalisiyası parlament seçkilərinin ikinci turunda da məğlub olub.

 

Fidan Əliyeva

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az