ABŞ-də avtomobil yarışı zamanı dəhşətli qəza - VİDEO

13:41 - 15 İyul 2024

ABŞ-də avtomobil yarışı zamanı dəhşətli qəza - VİDEO

ABŞ-nin Ayova ştatında oval avtodromda keçirilən "IndyCar" çempionatının yarışı zamanı dəhşətli qəza baş verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, yarışda "Penske" komandasının heyətində mübarizə aparan Uill Pauer qələbə qazanıb, lakin o, finiş xəttini keçərkən arxasında dörd avtomobil bir-biri ilə toqquşub.

"IndyCar"ın sosial şəbəkə hesablarında yayımlanan videoda hadisənin bütün rakurslardan anbaan görüntüləri əks olunub.

Qəzada xəsarət alan bütün iştirakçılara dərhal tibbi yardım göstərilib. Onlardan üçü avtodromun tibb məntəqəsində müayinədən sonra buraxılıb, daha birinin də huşunun yerində olduğu və vəziyyətinin təhlükəli olmadığı bildirilib. Lakin o, daha ətraflı müayinə üçün yerli xəstəxanaya yerləşdirilib.

 

Fidan Əliyeva

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az