Türkiyədə Kerim Yücel adlı tiktoker faciəli şəkildə ölüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Ankarada baş verib.
TikTok hesabında canlı yayım açan 45 yaşlı Kerimin əlində silah olub. İçkili vəziyyətdə olan tiktoker silahı gicgahına qoyub və səhvən tətiyi çəkib.

Açılan atəş nəticəsində o, canlı yayımda yerə yıxılıb.
Kerim xəstəxanaya aparılsa da, onu həyatını xilas etmək mümkün olmayıb.
Fidan Ceyhunqızı
Manşet.az