İspaniya Ukraynaya yardım - 10 “Leopard” tankı göndərdi

16:20 - 15 İyul 2024

İspaniya Ukraynaya yardım - 10 “Leopard” tankı göndərdi

İspaniya Ukraynaya 10 “Leopard” tankından ibarət yeni partiya göndərib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

“Kompleks təmir prosesi başa çatdıqdan sonra 10 “Leopard” 2A4 tankının Ukraynaya multimodal daşınmasına başlanılıb”, - məlumatda bildirilib.

Yükün gələn həftəsonuna qədər Polşa limanına çatacağı, daha sonra isə Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcəyi gözlənilir.

 

Fidan Əliyeva

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az