Space X-in ilk uğursuz uçuşu - Raketi kosmosda partladı

17:26 - 15 İyul 2024

Space X-in ilk uğursuz uçuşu - Raketi kosmosda partladı

"Space X"-in "Falcon9" raketi kosmosa 344-cü buraxılışından sonra ilk dəfə qəzaya uğrayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, insansız uçuş zamanı "Starlink" peyklərini orbitə daşıyan raket texniki nasazlıqdan sonra kosmosda partlayıb.

Kamera görüntülərindən raketin xarici gövdəsində külli miqdarda buz yığıldığı görülüb.

ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamada bildirilir ki, "SpaceX", nasazlığın səbəbini araşdıracaq. Astronavtlarını kosmik stansiyaya aparmaq üçün "Falcon 9" raketlərindən istifadə edən NASA isə açıqlama verməkdən imtina edib.

 

Fidan Əliyeva

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az