Paşinyan Londona gedir - Səbəb

21:22 - 15 İyul 2024

Paşinyan Londona gedir - Səbəb

Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 18-də Londonda keçiriləcək Avropa Siyasi Birliyinin (EPC) dördüncü sammitində iştirak edəcək.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısının mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

"Baş nazir Nikol Paşinyan iyulun 15-dən avqustun 12-dək məzuniyyətdə olacaq. Avropa Siyasi Birliyinin bu həftə Londonda keçirilməsi planlaşdırılan dördüncü sammiti ilə əlaqədar olaraq məzuniyyət pozulacaq", - Baqdasaryan bildirib.

Onun sözlərinə görə, Paşinyan məzuniyyətinin böyük hissəsini Ermənistanda keçirəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az