Tramp vitse-prezident təyin edəcəyi şəxsin adını açıqladı

01:30 - 16 İyul 2024

Tramp vitse-prezident təyin edəcəyi şəxsin adını açıqladı

ABŞ-da Respublikaçılar Partiyasının real namizədi Donald Tramp prezident seçiləcəyi halda vitse-prezident təyin edəcəyi şəxsin adını açıqlayıb. 

 

Manset.az xəbər verir ki, o, vitse-prezidentin Ohayo senatoru Ceyms Devid Vans olacağını bildirib.

Donald Trampın öz seçimini bu gün Miluoki şəhərində başlayan Respublikaçılar Partiyasının Milli Qurultayında rəsmən açıqlaması gözlənilir. Qeyd edək ki, 15-18 iyul tarixlərində keçirilən Milli Qurultayda Respublikaçılar Partiyasının noyabrda keçiriləcək prezident seçkilərində namizədi rəsmi şəkildə elan olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az