Ayda mağara aşkar edildi

17:42 - 16 İyul 2024

Ayda mağara aşkar edildi

Alimlər Ayda astronavtların uzunmüddətli missiyalar üçün istifadə edə biləcəkləri mağara tapıblar.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Nature Astronomy" jurnalında araşdırma dərc edilib.

Araşdırma çərçivəsində alimlər ABŞ Aerokosmik Agentliyinin (NASA) Ay kəşfiyyat vasitəsinin radar ölçmələrini təhlil ediblər.

Mağaranın "Apollon 11" kosmik gəmisinin endiyi yerdən təqribən 400 kilometr aralıda olduğunu bildirən elm adamları, onun lava borusunun çökməsi nəticəsində meydana gəldiyini bildiriblər.

Alimlər qeyd ediblər ki, bu mağara sərt ekoloji şəraitdən qorunduğu üçün gələcəkdə uzunmüddətli missiyalar üçün astronavtların işinə yaraya bilər.

 

 

Fidan Əliyeva

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az