Bu ölkədə günortadan sonra küçədə işləmək qadağan edildi

16:17 - 17 İyul 2024

Bu ölkədə günortadan sonra küçədə işləmək qadağan edildi

Yunanıstan hökuməti ölkədə bəzi şirkətlərə əməkdaşlarının günorta vaxtı açıq havada işləməməsi ilə bağlı göstəriş verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb hazırda ölkədə müşahidə olunan isti hava şəraitidir. 

Bildirilir ki, əsas olaraq inşaat işlərində çalışanlar, ərzaq məhsulları tədarükçüləri və kuryerlər çərşənbə axşamından cümə gününə qədər 12:00-dan 17:00-a qədər fəaliyyətlərini dayandırmalıdırlar. 

Qeyd edək ki, hazırda Yunanıstanın bəzi hissələrində havanın temperaturu müsbət 42-43 dərəcəyə çatır. Ölkədə temperaturun iyulun sonuna qədər enməyəcəyi gözlənilir. Burada ötən ay 6 turist isti hava səbəbindən vəfat edib.

 

 

Fidan Əliyeva

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az