İlon Mask Baydenin ittihamlarına cavab verdi

12:40 - 18 İyul 2024

İlon Mask Baydenin ittihamlarına cavab verdi

ABŞ-li iş adamı İlon Mask, sahibkarı və onun "zəngin dostlarını" noyabrda keçiriləcək prezident seçkisini satın almaq niyyətində olmaqda ittiham edən ölkə başçısı Co Baydenin tənqidlərinə cavab verib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, sahibkarın izləyicilərindən biri prezidentin yazılarının skrinşotunu dərc edib.

"Mən onun (Baydenin) beynində tamamilə pulsuz yaşayıram", - deyə Mask yazıb.

Xatırladaq ki, bundan əvvəl Bayden milyarderi tənqid edərək, onu seçkini satın almağa cəhddə ittiham etmişdi. Biznesmen qarşıdan gələn seçkidə respublikaçı Trampa səs verəcəyini dəfələrlə açıqlayıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az