Harrisin prezident seçkilərində mümkün partnyorları bəlli oldu

11:04 - 28 İyul 2024

Harrisin prezident seçkilərində mümkün partnyorları bəlli oldu

ABŞ-nin vitse-prezidenti Kamala Harrisin qarşıdan gələn prezident seçkilərində mümkün tərəfdaşları məlum olub.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Harrisin tərəfdaşlar siyahısına Minnesota qubernatoru Tim Valz, Pensilvaniya qubernatoru Coş Şapiro və Arizona senatoru Mark Kelli daxildir.

Xatırladaq ki, iyulun 21-də ABŞ-nin hazırkı Prezidenti Cozef Bayden dövlət başçısı postuna yenidən seçilmək istəmədiyini elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib.

ABŞ-də noyabrın 5-də prezident seçkiləri baş tutacaq. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az