Birbank Invest istifadəçilərinə yeni investisiya fürsəti
yaradır. Belə ki, bu gündən etibarən Birbank Invest istifadəçiləri birbaşa PAŞA
Bankın səhmdarı olmaq imkanını əldə edirlər. Bu yenilik istifadəçilərə mobil
tətbiq vasitəsilə birbaşa İlkin Kütləvi Təklif (IPO) prosesinə qoşulmaq və
yerli kapital bazarında yaranan bu şansı dərəyərləndirmək imkanı verir.
PAŞA Bank tərəfindən həyata keçirilən IPO çərçivəsində abunə
yazılışı 12 may 2026-cı il tarixinədək həm fiziki, həm də hüquqi şəxslər üçün
açıq olacaq.
Bu çərçivədə PAŞA Bank kapitalının 5%-ni təşkil edən 932 926
ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin ticari qiyməti 55
AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq
edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəlir
hesablanacaq. Səhm alışı üzrə bütün komissiyalar PAŞA Bank tərəfindən
qarşılanır və müştərilər üçün əlavə komissiya tətbiq olunmur. Səhmlərin
yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçiriləcək.
Yerləşdirmə emissiya prospektində göstərilən ardıcıllığa
uyğun olaraq icra edilir. Ətraflı məlumat əldə etmək üçün: www.b-b.az/ipo-deeplink
Qeyd edək ki, bu IPO Azərbaycan tarixində özəl təşkilat
tərəfindən həyata keçirilən ilk bank IPO-su olmaqla yanaşı, ölkənin kapital
bazarlarının inkişafında mühüm mərhələ hesab olunur.
Birbank
Invest tətbiqini yükləmək üçün: https://www.b-b.az/vHdRj4
2025-ci ilin iyun ayında müştərilərə təqdim olunan Birbank Invest – Birbank brendinin və bazarda bank tərəfindən təqdim olunan
ilk müstəqil investisiya tətbiqidir. Platforma istifadəçilərə yerli və
beynəlxalq maliyyə bazarlarına rahat və təhlükəsiz çıxış imkanı yaradır.
Daha ətraflı məlumat üçün birbankinvest.az, saytına
daxil ola, onlayn çat və yaxud sosial media
kanalları vasitəsilə sorğu ünvanlaya və ya 196 Əlaqə Mərkəzi ilə əlaqə
saxlaya bilərsiniz. Xidmət “PAŞA Kapital İnvestisiya Şirkəti” ilə birgə təqdim
olunur.