Pezeşkian İranın yeni prezidenti kimi rəsmən təsdiq edildi

12:05 - 28 İyul 2024

Pezeşkian İranın yeni prezidenti kimi rəsmən təsdiq edildi

İran İslam Respublikasının lideri Ayətullah Əli Xamenei Məsud Pezeşkianı yeni prezident kimi rəsmən təsdiqləyib.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Mehr" agentliyi xəbər verib.

Məlumata əsasən, mərasimin əvvəlində İranın daxili işlər naziri Əhməd Vəhidi növbədənkənar prezident seçkilərinin necə keçirildiyi barədə rəsmi hesabat təqdim edib və İran xalqına və idarə rəsmilərinə uğurlu keçirdikləri üçün təşəkkür edib. Ayətullah Xamenei daha sonra M.Pezeşkiyanın İran İslam Respublikasının 9-cu prezidenti elan edilməsi haqqında fərmanı səsləndirib.

Bundan sonra M.Pezeşkianin iyulun 30-da İran parlamentində andiçməsi olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az