"Barselona"nın gənc ulduzu Lamine Yamalın atası Mounir Nasraoui bıçaqlanıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə ilə bağlı məlumatlı mənbələr Nəsrauinin naməlum səbəblərdən davaya cəlb oluna biləcəyini bildirir. Bildirilib ki,Yamalın atası birdən çox bıçaq zərbəsi alıb.
Hazırda isə onun həyati təhlükəsi yoxdur.

Fidan Əliyeva
Manşet.az