Zaxarova Baydeni ələ saldı

01:00 - 25 Avqust 2024

Zaxarova Baydeni ələ saldı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkədə 1 milyona yaxın yeni iş yeri açdığını deyən ABŞ Prezidenti Co Baydenin ələ salıb.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Diplomat Donald Trampla debat zamanı istehsalat sektorunda 800 min yeni iş yerinin yaradıldığını elan edən Baydenin sözlərinə diqqət çəkib:

"Seçki ərəfəsində ABŞ əmək departamenti demokratlar administrasiyasının makroiqtisadi göstəricilərinə yenidən baxıldığı hesabat dərc edib. Beləliklə: Bayden və Harrisin guya yaratdığı 800 min iş yeri sadəcə mövcud deyil. Amerika sosial mediası, yəni yalan xəbərlərə qarşı mübarizə aparanlar "qaynayır".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az