Bu ölkədə "falçı"ya gedənlər cəzalanacaq

13:18 - 29 Avqust 2024

Bu ölkədə \"falçı\"ya gedənlər cəzalanacaq

Tacikistanın Daxili İşlər Nazirliyi respublikada cadugərlik və falçılıqla mübarizədə yeni yanaşmanın tətbiq ediləcəyini açıqlayıb.

 

Manset.az bu barədə Tacikistan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir. 

İdarədən xəbərdarlıq edilib ki, belə hüquqpozmaların qarşısını almaq üçün "falçı" və "cadugər"lərin yanına gedən bütün vətəndaşlar Daxili İşlər Nazirliyinin idarələrinə dəvət olunacaq, onlar barəsində protokol və cərimələr tətbiq olunacaq.

Məlumatda deyilir:

"Aparılan əməliyyat-profilaktik müayinələr nəticəsində məlum olub ki, bəzi vətəndaşlar sehrə inanır, "falçı" və "cadugər"lərin yanına gedir, cinayət əməllərinin həyata keçirilməsi üçün pul verir, onların dediklərinə inanır.
Təkcə son bir ayda 150-dən çox belə şəxs Daxili İşlər Nazirliyinin reyestrinə daxil olub və barələrində qanunamüvafiq tədbirlər görülür. Artıq nəinki "falçı"xidməti göstərənlər cəzalandırılacaq, həm də onlara pul ödəyənlərə qarşı da tədbirlər görüləcək".

 

 

Fidan Əliyeva

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az