Xəstəxanaya yerləşdirilən gəncin mədəsindən bıçaq, qayçı və açar çıxarıldı - FOTO

17:05 - 05 Sentyabr 2024

Xəstəxanaya yerləşdirilən gəncin mədəsindən bıçaq, qayçı və açar çıxarıldı - FOTO

Hindistanın Bihar əyalətində 22 yaşlı gənc bir neçə gün öncə şiddətli mədə ağrısı şikayəti ilə ailəsi tərəfindən xəstəxanay yerləşdirilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat olunan gəncin mədəsindən bıçaq, qayçı və açar kimi müxtəlif metal əşyalar çıxarılıb.

Onu əməliyyat edən həkimin verdiyi məlumata görə, xəstə psixoloji müalicə alır və şəxsin qarnından 2 açar, 10 sm uzunluğunda bıçaq və 2 dırnaq qayçısı çıxarılıb. Gənc bildirib ki, o, son vaxtlar metal əşyalar udmağa başlayıb. 

Qeyd edək ki, əməliyyat uğurlu keçib və hazırda onun vəziyyəti stabildir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az