Almaniyanın paytaxtı Berlində Fələstinə dəstək nümayişi keçirilib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sosial mediada yayılan görüntülərdə alman polisinin fəallara sərt müdaxilə etdiyi əks olunub. Polislər əvvəlcə Fələstin bayrağı daşıyan 10 yaşlı uşağı təqib edib, sonra isə onu saxlayıb.
Bu arada hadisənin şahidi olanlar polisə “ar olsun” deyərək reaksiya veriblər.
Yayılan görüntülər sosial mediada da geniş maraqla qarşılanıb.
Ətraflı videomaterialda:
Fidan Əliyeva
Manşet.az